loader image

Dia.edu.az

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmiş elmi konfrans
Fev 15 , 2017 – 04:32

Fevralın 15-də AzərbaycanRespublikasınınPrezidentiyanındaDövlət İdarəçilikAkademiyası (DİA) və Heydər ƏliyevMərkəzininbirgə təşkilatçılığı ilə fəaliyyətgöstərən “Heydər ƏliyevDövlət İdarəçiliyiMəktəbi”ndə görkəmlidövlətvə elmxadimi Əziz Əliyevinanadanolmasının 120 illikyubileyinə həsredilmiş elmikonfranskeçirilib.

Tədbirdə DİA-nınrektoru, akademikUrxan ƏləkbərovPrezident İlham Əliyevin “Azərbaycanıngörkəmlidövlətvə elmxadimi Əziz Əliyevin 120 illikyubileyininkeçirilməsihaqqında” Sərəncamının əhəmiyyətindəndanışıb.

Görkəmlialiminzənginhəyatvə fəaliyyətindənbəhsedənrektoronunparlaqzəkası və qabiliyyətiilə işlədiyisahələrdə böyüknüfuzqazandığını, səmərəliidarəçilikfəaliyyətinəticəsində dövlətorqanlarındayüksəkvəzifələrə irəli çəkildiyinidiqqətə çatdırıb.

Qeyd olunub ki, Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun, Bakı Dövlət Universitetinin rektoru işləyib, səhiyyə sistemində mühüm vəzifələrdə çalışıb, Azərbaycan KP MK-nın katibi, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi olub və səmərəli xidmətlər göstərib.

Akademik U.Ələkbərov Əziz Əliyevin elmin, tibb təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında müstəsna rolunu vurğulayıb.

Tədbirdə görkəmli alim və ictimai xadim Əziz Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.

Sonra Milli Məclisin deputatı, professor Musa Qasımlının “Əziz Əliyevin fəaliyyəti arxiv sənədlərində”, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Sevinc Əliyevanın “Dağıstan Əziz Əliyevin rəhbərliyi dövründə”, Əziz Əliyev haqqında kitabın və filmin müəllifi Tahir Talıblının “Əziz Əliyev: həyatı və mühiti”, Əziz Əliyevin nəvəsi Tamfira Əliyevanın “Əziz Əliyev xatirələrdə” mövzularında məruzələri dinlənilib.

Məruzəçilər görkəmli şəxsiyyət Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışmaqla dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərməsindən, doğma Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər.

Qeyd olunub ki, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışarkən Əziz Əliyev Dağıstanda bütün sahələrdə böyük irəliləyişlərə nail olub, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfələr verib. Böyük şəxsiyyət Əziz Əliyevin adının əbədiləşdirilməsi üçün Dağıstanda Mahaçqalanın mərkəzi küçələrindən birinə onun adı verilib, burada heykəli ucaldılıb.

Natiqlər görkəmli dövlət və elm xadimi Əziz Əliyevin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.