Dövlət İdarəçilik Akademiyası Beynəlxalq konfransda təmsil olunub
Noy 17 , 2016 – 11:13
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Dövlət idarəetməsi və menecment” kafedrasının müdiri professor Xatirə Hüseynova 7-8 noyabr 2016- cı il tarixində Böyük Britaniyanın London şəhərində Biznes və Ticarət Menecmenti Akademiyasında “Beynəlxalq ticarət və akademik araşdırmalar” mövzusunda 7–ci beynəlxalq konfransında iştirak etmişdir. Professor X. Hüseynova konfransda “Dövlət sektorunda idarəetmə qərarlarının qəbulu” mövzusu ilə plenar sesiyada çıxış etmiş, “İqtisadi İnkişaf və artım” bölməsinə moderatorluq etmişdir. Məruzəçi konfranda ən yaxşı məruzəyə görə mükafatlandırılıb.