loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 12 noyabr – Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
Noy 11 , 2016 – 10:41

Noyabrın 11-də Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Akademiyanın professor və müəllim heyətinin, eləcə də tələbələrin iştirak etdiyi tədbirdə çıxış edən Humanitar və sosial məsələlər üzrə prorektoru, dosent Mehdi Abdullayev Konstitusiya günü münasibəti ilə hər kəsi təbrik edib. Dövlət Konstitusiyasının qəbul olunma tarixi haqqında tədbir iştirakçılarına məlumat verən natiq Konstitusiyanın yaranmasını şərtləndirən tarixi səbəblərdən danışıb. O 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbul olunması ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun əsasını qoyulduğunu vurğulayıb.

Daha sonra “Huquq” kafedrasının müdiri, dosenti Fəxrəddin Nağıyev, professor Namiq Axundov və digər çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının tarixidən, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm roldan, Konstitusiyaya edilən əlavə dəyişikliklərdən, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə olunan nailiyyətlərdən danışıblar. Dəyirmi masanın sonunda hüquq ixtisasında təhsil alan tələbələrin sualları cavablandırılıb.