“Multikulturalizm-Azərbaycan Respublikasının Dövlət siyasəti kimi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir
Okt 01 , 2016 – 10:16
28 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizm-Azərbaycan Respublikasının Dövlət siyasəti kimi” istiqaməti üzrəqısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kurslara dövlət orqanlarında çalışan müvafiq dövlət qulluqçuları cəlb olunmuşlar.
Bu istiqamətdə kursun əsas məqsədi Umummilli lider Heydər Əliyev-Azərbaycan multikulturalizminin siyasi banisi kimi, Davamlı insan inkişafı və multikulturalizm, Multikulturalizmin sosial-fəlsəfi təhlili, Müasir dövrdə Azərbaycan Respublikasında həyata keçirilən millətlərarası siyasətin əsas istiqamətləri və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlar ilə fikir mübadiləsinin aparılması idi.
Kurs ərzində “Multikulturalizm-Azərbaycan Respublikasının Dövlət siyasəti kimi” istiqaməti üzrə – AR Prezidenti Administrasiyasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri, akademik Kamal Abdullayev və həmin xidmətin əməkdaşları Həcər Verdiyeva, Ceyhun Məmmədov, Müzəffər Talıblı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov və həmin mərkəzin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik fondunun icraçı direktoru Oktay Səmədov, AMEA Fəlsəfə Hüquq institutunun direktoru İlham Məmmədzadə, həmçinin Akademiyanın professor müəllim heyəti- tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, professor Fuad Məmmədov, Cahangir Cahangirli müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Kursun sonunda Akademiyanın rektoru, akademik Urxan Ələkbərov və Akademiyanın I tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev dinləyicilər qarşısında çıxış etmiş və onlara kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim edərək gələcək işlərində uğurlar arzu etmişlər.