loader image

Dia.edu.az

15 SENTYABR “BİLİK GÜNÜ”
Sen 15 , 2016 – 12:47

Dövlət İdarəçilik Akademiyası idarəçi kadrların hazırlanmasında önəmli yer tutur

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Bilik günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov müəllimləri, tələbə və magistrantları yeni dərs ili münasibətilə təbrik edib. O, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin elm və təhsillə bağlı imzaladığı bir çox sənədlər ölkəmizdə müvafiq istiqamətdə dövlət tərəfindən göstərilən diqqət və qayğının göstəricisidir.

Rektor vurğulayıb ki, Azərbaycanda gənc nəslin təlim-tərbiyəsində, təhsilində, idarəçi kadrların hazırlanmasında önəmli yer tutan DİA-ya cari ildə qəbul olunanların əksəriyyəti qəbul imtahanlarında yüksək bal toplayaraq bu ali təhsil ocağının tələbəsi adını qazanıblar.

DİA-nın siyasi idarəetmə fakültəsinin dekanı, professor Zaur Bağırov, inzibati idarəetmə fakültəsinin dekanı, professor Çingiz İsmayılov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıblar. Diqqətə çatdırılıb ki, bu ali təhsil ocağını bitirən gənclər gələcəkdə bacarıqlı, peşəkar mütəxəssislər kimi uğurla fəaliyyət göstərəcəklər.

Digər çıxış edənlər də DİA-nın ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri olduğunu söyləyib, tələbələrə uğurlar arzulayıblar.