loader image

Dia.edu.az

“Heydər Əliyev və müasir konstitusiyaçılığın inkişaf xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı keçirilmişdir
May 13 , 2016 – 09:52

12 may 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Hüquq” kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü  ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir konstitusiyaçılığın  inkişaf xüsusiyyətləri” mövzusunda tələbə elmi seminarı keçirilmişdir.

Elmi-seminarı giriş sözü ilə açan rektor, akademik Urxan Ələkbərov Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindəki fəaliyyətini, son illərdə Azərbaycan Respublikasının davamlı və innovativ inkişafı barədə yeni məlumatları diqqə çatdırdı. Eyni zamanda elmi seminarın əsas məqsədinin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrdə elmi yaradıcılıq vərdişlərini aşılamaq və praktik vərdişlər yaratmaqdan ibarət olmasını qeyd etdi.

Daha sonra elmi seminarda “Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətində yerli özünüidarəetmənin oxşar və fərqli cəhətləri”, “Yaponiyanın konstitusiya hüququnun xarakterik xüsusiyyətləri”, “İtaliya Respublikasının konstitusiya quruluşunun əsasları” və digər aktual olan mövzularında tələbələrin məruzələri dinlənilmişdir. Məruzələr ətrafında maraqlı fıkir mübadiləsi aparılmışdır.

Tələbə elmi seminarının işində “Hüquq” kafedrasının müdiri, dosent Fəxrəddin Nağıyev, İnstitut direktoru, professor Gülnarə Qurbanova,  “Siyasi idarəetmə” fakültəsinin dekanı, professor Zaur Bağırov, Elmi təşkilat şöbəsinin müdiri, dosent Rəcəb Rəhimli, Həmkarlar İttifaqı Komitəsinin sədri, f.ü.f.d.  Yusif Agayev, TEC-nin sədri, dosent Sevil Məmmədova və kafedranın professor-müəllim heyəti iştirak etmişdir.