“Qarabağa sülh! Qarabağa ədalət!” Kampaniyası Gənclər Təşkilarlarını bir araya topladı
Apr 05 , 2016 – 11:31
5 aprel 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilk Akademiyası və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Qarabağa sülh! Qarabağa ədalət!” Kampaniyası çərçivəsində gənclər təşkilatları və fəal gənclərin iştirakı ilə tədbir keçirildi.
Tədbir Dövlət himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükut ilə anması ilə başlanıldı. Tədbirdə cəbhə bölgəsində yaşaşanan hadisələr müzakirə olundu, Azərbaycan Ordusunun uğurları barəsində gənclərə məlumat verildi. Düşmən tərəfindən verilən təxribat xarakterli məlumatların üstü açılaraq, gənclər təşkilatlarına və gənclərə informasiya müharibəsində fəal iştirak etməyə çağırış edildi.
Tədbirdə çıxış edən Dövlət İdarəçilk Akademiyası Həmkarlar İttifaqı Komitəsinin sədrif.ü.f.d. Yusif Ağayev, Dövlət İdarəçilk Akademiyası “Tarix” kafedrasının müdiri dos. Firdovsiyə Əhmədova, AR Gənclər Təşkilatları Milli Şurasının Baş Katibi Seymur Hüseynov qeyd etdi ki: “Bizim yolumuz haqq yoludur, məqsədimiz – ədalətdir, arzumuz – sülhdür, istəyimiz – Qarabağdır! Azərbaycan Ordusu torpaqlarımızı qısa zaman ərzində azad etmək gücündə və iqtidarındadır. Bunun üçün Ali Baş Komandanın bir işarəsi yetər. Bu gün gəncliyimiz vətəninə, dövlətinə tam olaraq bağlıdır. Gəncliyimiz şəhidlərimizin ölümünə kədərlənsələrdə, qələbəmizi duyub ruh yüksəkliyi yaşayır. Gəncliyimiz istər səngərdə döyüşməyə, istərsədə interntdə informassiya müharibəsini aparmağa hazırdır”.
Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyininin sədri Əkbər Qoşalı, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asəf Əsgərli, Gənclər üçün Təhsil Mərkəzinin sədri Fəxrəddin Həsənzadə və digərləri çıxış etmişlər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası gənclərimizi, vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında Facebook və Twitterdə aparılan qaralama kampaniyasına manə olmaq məqsədi ilə “Qarabağa sülh! Qarabağa ədalət!” Kampaniyasına start vermişdir.