loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında Respublika Günü qeyd edilib
May 27 , 2016 – 11:47

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə  28 May – Respublika Gününə həsr olunan elmi-praktik konfrans keçirilib.

Dövlət himni ilə başlayan elmi-praktik konfransı Akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq bu günün tarixindən danışıb. Rektor dövlətçilik salnaməmizin şərəfli tarixi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışmış, üstəqilliyimizi yenidən bərpa etdiyimiz günlərdə rastlaşdığımız maneələri, təhlükələri xatırladaraq Ümummilli Lider Heydər Əliyevin böyük çətinliklərə baxmayaraq müstəqilliyimizin qorunması istiqamətində apardığı müdrik siyasətdən, həmçinin bugünkü yüksək davamlı inkişafa nail olmağımızın əsaslarını qeyd etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin ölkənin tərəqqisi, xalqın rifahı naminə gördüyü işlərin əhəmiyyətindən söz açmışdır.

Elmi-praktik konfransda “Tarix” kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova-“Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və geosiyasi vəziyyət”, “Politologiya və siyasi idarəetmə”  kafedrasının müəllimi, dosent Sevil Məmmədova–“Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə politoloji baxış”, “Hüquq” kafedrasının müəllimi Araz Qədiməliyev–“Azərbaycan Xalq Cumhuriyyətinin parlament təcrübəsi” adlı məruzələrlə çıxış etmişlər. Çıxışlarda Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycanın böyük uğurlara imza atdığını, bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini vurğulanıb.