loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının rektoru ustad dərsləri keçib
May 23 , 2016 – 11:54

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov Azərbaycan Dövlət Aqrar Universitetində ustad dərsləri verib. Universitetin iqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasının innovatif inkişafının beynəlxalq təşkilatların hesabatlarında təqdim olunması” adlı mühazirə tələbə və müəllimlərin marağına səbəb olub.

Mühazirədən əvvəl universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə qonağa ətraflı məlumat verib və deyib ki, ADAU da olan sürətli və müasir yeniliklər Azərbaycan dövlətinin innovativ inkişafının ayrılmaz tərkib hissəsidir. Ən müasir şəraitdə təhsil alan tələbələr üçün ustad dərslərinin səmərəsi böyükdür və artıq bu cür mühazirələr universitetin bütün fakültələrində ənənə formasını alıb.

Mühazirə zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, ademik Urxan Ələkbərov vurğulayıb ki,  neft sektorunun payı getdikcə azalır və qeyri-neft sektoru artır. Bu, şübhəsiz ki, davamlı inkişafla əlaqədardır. Çünki, davamlı inkişaf eyni zamanda bərpa olunan resurslara əsaslanır. Neft bərpa olunmayan resurslardır. Ölkədə həyata keçirilən siyasət, planlaşdırma və idarəçilik sahəsindəki siyasət də məhz bu məsələlərə xidmət edir.

Daha sonra akademiyanın elm-təşkilat şöbəsinin müdiri dos. Rəcəb Rəhimli və millət vəkili prof. Elman Nəsirov məruzə ilə çıxış ediblər.

Təşkil edilən ustad dərslərində Gəncə “ASAN Xidmət” Mərkəzinin əməkdaşları  və  Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə, müəllim, magistr və doktorantları ölkəmizin dünya miqyaslı təşkilatlar tərəfindən hazırlanan reytinq sıyahısında tutduğu yer, onun müəyyən edilməsi mexanizmi barədə məlumatlandırılıb. Azərbaycanın özünəməxsus inkişaf modeli, idarəçilik təcrübəsinə beynəlxalq aləmdə getdikcə artan marağın əsasını təşkil edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.