loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Dövlətin sosial siyasəti: mahiyət, prioritetlər və həyata keçirilmə mexanizmləri”, “Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” və “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətləri üzrə ixtisasartırma kursları başa çatmışdır
Fev 15 , 2016 – 11:56

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlətin sosial siyasəti: mahiyət, prioritetlər və həyata keçirilmə mexanizmləri”, ”Azərbaycan Respublikasında ailə, qadın və uşaq siyasəti” istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları keçilirmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

“Dövlətin sosial siyasəti: mahiyət, prioritetlər və həyata keçirilmə mexanizmləri” istiqamətinin əsas məqsədi, Azərbaycan Respublikasında sosial siyasət və onun əsas istiqamətləri, Azərbaycan Respublikasında pensiya-təminatı sisteminin islahatı konsepsiyası, Təhsil dövlət sosial siyasətinin tərkib hissəsi kimi: vəzifələr, prioritetlər, perspektivlər, Müasir Azərbaycanda sosial siyasətin formalaşması və bu sahədə dövlət siyasətin aktual məsələləri və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi. Kurs ərzində Azərbaycan Respublikası Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, DİA-nın professor müəllim heyəti müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Eyni zamanda qeyd olunan kursla yanaşı ”Azərbaycan Respublikasında ailə qadın və uşaq siyasəti” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi Azərbaycan Respublikasında dövlət ailə, qadın və uşaq siyasəti, ailə qadın və uşaq siyasətinin həyata keçirilməsində ictimai-siyasi təşkilatların rolu, boşanmalar nəticəsində yaranan problemlər, məhkəmə qərarlarının icrası və yerli icra strukturlarının rolu, Azərbaycan Respublikasında Ailə Məcəlləsi reallıqlar və perspektivlər və s. Qeyd olunan kursda, DİA-nın rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti Admistrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev, Azərbaycan Respublikası Milli Məclisi Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

Bununla yanaşı “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir. Kursa Dövlət Hakimiyyətinin mərkəzi, şəhər,

rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

Bu kursun əsas məqsədi – yerli özünüidarəetmənin qanunvericilik bazası və onun təkmilləşdirilməsi istiqamətləri, Azərbaycanda yerli özünüidarəetmə inkişafının prioritet istiqamətləri, Bələdiyyələrin fəaliyyətində inzibati nəzarətin təşkili, yerli büdcə və onun dövlət büdcəsi ilə qarşılıqlı münasibətlərin təşkili, bələdiyyə təsərrüfarının təşkili və idarə olunması, bələdiyyələrin maliyyə imkanlarının artırılması perspektivləri və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə və üzvləri Kamran Bayramov, Tahir Rzayev, Azərbaycan Respublikası Ədliyyə Nazriliyinin Bələdiyyələrlə İş Mərkəzinin məsul işçiləri, DİA-nın professor-müəllim heyəti və digər mühazirəçilər müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar təqdim edilmişdir.