Tələbələr dərsə velosipedlə gəliblər
Fev 10 , 2016 – 09:00
Bütün dünya ölkələrində velosipeddən yalnız peşəkar idmançılar yox, adi vətəndaşlar da bir nəqliyyat vasitəsi kimi istifadə edirlər. İnsanlar işə, dərsə gedərkən və başqa məqsədlər üçün evdən çıxarkən də velosipedə üstünlük verirlər. Hər ikisi nəqliyyat vasitəsi olmasına baxmayaraq, onların istifadəsi insanların səhhətində, ekoloji təmizlikdə və maliyyə xərclərində tamamilə təzad təşkil edir. Belə ki, velosipeddən istifadə edərkən insanların səhhətində problemlər olmur, ekologiya zəhərli qazlarla çirklənmir və yanacaq üçün əlavə xərc tələb olunmur.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri də bu gün dərsə velosipedlə gəliblər. Tələbələrin bu təşəbbüsü Akademiyanın rektoru, akademik Urxan Ələkbərov tərəfindən xoş qarşılanıb və tələbələrə təşəkkürünü bildirib.