loader image

Dia.edu.az

Magistrlar üçün “Elektron idarəetmənin tədbiqi sahələri” adlı elmi seminar keçirilib
Dek 16 , 2015 – 02:49

16 dekabrda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrası”nın magistrları üçün “Elektron idarəetmənin tədbiqi sahələri” adlı elmi seminar keçirilmişdir. Seminarda kafedranın müdiri dos. Elçin Abasov bu sahənin aktuallığı, perspektivliyi və elektron idarəetmədə dünya təcrübəsi ilə bağlı geniş məlumat verdi.

Daha sonra “Elektron idarəetmənin təhlükəsizliyi”, “E-hökümətdə informasiya texnologiyalarındakı informasiya təhlükəsizliyinin əlavə vasitələrdən istifadə etmədən təmin edilməsi”, “Azərbaycan Respublikasında servis dövlətin yaranması prinsipləri”, “E-hökümətə şəbəkə hücumlarının xarakterik xüsusiyyətləri” mövzularında çıxışlar edilib, magistrların sualları cavablandırılıb.

Seminarda İnzibati idarəetmə fakültəsinin dekanlığının əməkdaşları, “Dövlət idarəçiliyində informasiya texnologiyaları” kafedrasının müəllimləri, fakültənin magistrları iştirak ediblər.