Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Bakı Apellyasiya Məhkəməsinin hakimi ilə görüşü keçirilib
Dek 05 , 2015 – 10:51
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışinski ilə görüşü keçirilmişdir.
“Tələbələrin sosial fəaliyyətinə dəstək barədə” akademiya rektorunun 20 noyabr 2015-ci il tarixli əmrini rəhbər tutaraq DİA-nın Hüquq klubunun təşkil etdiyi tədbirin məqsədi tələbələrin bacarıqlarının artmasına, onların hüquq sahəsində praktik biliklərinin yüksəlməsinə xidmət edir.
Apellyasiya məhkəməsinin hakimi Fuad Talışinski tələbələr qarşısında çıxış edərək Azərbaycan Respublikasının məhkəmə sistemi, Bakı Apellyasiya Məhkəməsi, onun ərazi yuridiksiyası, strukturu və iş prinsipi haqqında, məhkəmə prosesində tələbələrin bilməsi vacib olan prosedurlar barədə geniş məlumat verib. Daha sonra tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Daha sonra görüşdə “Dövlət quruculuğu və hüquq” kafedrasının müdiri h.f.d. dos. Fəxrəddin Nağıyev çıxış edərək Apellyasiya məhkəməsinin hakim F.Talışinskiyə tələbələrlə görüşə gəldiyi və onların suallarını ətraflı cavablandırdığı üçün ona təşəkkür edib. O, Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə bu səpkili görüşlərin keçirilməsini gələcəkdə onların peşəkar hüquqşünas kimi formalaşmağında əhəmiyyətli rol oynadığını qeyd edib. Görüşdə “Dövlət quruculuğu və hüquq” kafedrasının dosent əvəzi, h.f.d. Araz Qədiməliyev, “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının dosenti, h.f.d. Asif Qədirov iştirak etmişlər.