loader image

Dia.edu.az

Azərbaycanda dövlət-din münasibətləri və yerli icra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı istiqamətləri üzrə ixtisasartırma kursları başa çatmışdır
Noy 30 , 2015 – 03:04

     Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanda dövlət-din münasibətləri” və “Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrinivə hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı” istiqamətləri üzrəqısamüddətli  ixtisasartırma kursları keçilirmişdir. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşdur.

     “Azərbaycanda dövlət-din münasibətləri” istiqamətinin əsas məqsədi Azərbaycan Respublikasında dövlət-din siyasəti və prioritet istiqamətlər, Azərbaycanda mövcud dini durum: reallıqlar və perspektivlər, dinin müasir cəmiyyətdə yeri və rolu, milli-mənəvi dəyərlərə dövlət qayğısı, Azərbaycanda dövlət-din münasibətləri və dini təhsil, kütləvi informasiya vasitələri və din, Azərbaycanda missionerlik fəaliyyəti ilə mübarizə metodları və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

       Kurs ərzində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdir Elman Paşayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abid Tahirli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Zaur Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, DİN-nin idarə rəisi Əziz Bagişov və DİA-nın professor-müəllim heyəti müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər. 

  Eyni zamanda qeyd olunan kursla yanaşı “Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyət istiqamətlərini, vəzifələrini və hüquqlarını müəyyən edən qanunvericilik aktlarının izahı” istiqaməti üzrəqısamüddətli  ixtisasartırma kursu keçirilmişdir. Kursun əsas məqsədi Yerli İcra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 29 aprel tarixli 503 nömrəli Fərmanı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nın həyata keçirilməsi ilə bağlı ”Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqənda Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli 995 nömrəli Sərəncamı, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il 491 №li Fərmanı haqqında ”və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

  Qeyd olunan kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin elektron sənəd dövriyyəsinin təşkili sektorunun müdiri Murad Qasımov, Təhsil Nazirliyi Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin müdiri Sübhi Kazımov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin baş məsləhətçisi Sərvər Vəliyev və b. müxtəlif mövzularda mühazirələrlə cıxış etmişlər.

  Kursların sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Dinləyicilərə sertifikatlar  təqdim edilmişdir.