Dövlət İdarəçilik Akademiyasında ilk dərslər
Sen 16 , 2015 – 11:00
Sentyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olan I kurs tələbələri ilk dərslərini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləmişlər. Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yaradılan Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi ilə tanış olduqdan sonra I kurs tələbələrinə ilk mühazirə təqdim edilmişdir. Heydər Əliyev Mərkəzinin əməkdaşları işritak etdiyi 2015-ci tədris ilinin “İnnovativ inkişaf naminə səmərəli idarəetmə: Azərbaycan Respublikasının nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında” adlı ilk mühazirə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən təqdim edilmişdir.
Rektor akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən bəhs edib, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasının məqsədi dövlət idarəetmə sahəsi üçün gənc mütəxəssislərin hazırlanması işinin müasir tələblərə uyğun qurulması, onların peşəkarlıq səviyyəsinin artırılması, dövlətimizin möhkəmləndirilməsi və elmi əsaslarla idarə olunması, dövlət qulluğu üçün gənc kadrların hazırlanması məsələləri üzrə əsas elmi-metodiki və tədris mərkəzi olan Dövlət İdarəçilik Akademiyasının qarşısında çox məsul vəzifə durmaqdadır. Rektor ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəflərini, eləcə də davamlı inkişafa təsir edən amilləri, beynəlxalq təşkilatların hesabatları ilə müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırmışdır.
Ölkəmizin sürətlə inkişaf etdiyini və bu inkişafın nəticəsi olaraq gündən-günə artan beynəlxalq nüfuzunun Azərbaycanı bir çox istiqamətlərdə regional və
qlobal liderə çevrildiyini qeyd edən rektor çıxışında ölkəmizin inkişaf göstəricilərinin bir çox beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESCO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda öz təsdiqini tapdığını iştirakçıların diqqətinə çatdırmışdır.
O, qeyd etmişdir ki, əldə olunan nailiyyətlərin əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş innovativ inkişaf strategiyası və yaxşı idarəetmə dayanır. Daha sonra məruzəçi innovativ inkişafın əsas və həlledici amili olan insan potensialının səviyyəsi, onun əsas meyarları haqqında tələbələrə məlumat vermiş, ölkənin, dövlətin gələcək uğurlarının qarantının məhz onların olduğunu bildirmişdir. O, Prezident İlham Əliyevin uzun illərə hədəflənmiş strategiyasını təhlil edərək, ölkənin innovativ inkişaf strategiyasının əsas istiqamətlərini diqqətə çatdırdı. Mühazirənin sonunda tələbələrin suallarını cavablandırıldı.