loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “İnnovativ idarəetmə məktəbi” layihəsinin növbəti görüşü keçirilib
Mart 10 , 2015 – 11:40

Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN School” könüllülük proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə həyata keçirdiyi “İnnovativ idarəetmə məktəbi” layihəsinin növbəti görüşü keçirilib.

Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşün bu dəfəki qonağı  millət vəkili, görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Rafael Hüseynov oldu.

Söhbət zamanı Rəfael Hüseynov könüllülərimizə üz tutaraq öz dəyərli məsləhətlərini vermiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ASAN könüllülərinin I Forumunda etdiyi çıxışın ASAN könüllülərinə olan diqqətin və ümidlərin göstəricisi olduğunu qeyd etmişdir.

Qonaq müxtəlif ölkələrdə qazandığı həyat və iş təcrübələrini bölüşmüş, inkişaf etmiş həmçinin inkişaf etməkdə olan ölkələrlə Azərbaycanı müqayisə edərək qısa müddət ərzində ölkəmizin doğru idarəetmə sistemi nəticəsində qazanılan uğurlardan danışmışdır. O, gənclərə dəyərli məsləhətlərini vermiş, gənclərə uğurlu karyera qurmaq üçün ən önəmli tələblərdən biri kreativ düşünmək, bilik və bacarığa yiyələnmək olduğunu qeyd etmişdir.

Bu mövzuda əsaslandırılmış fikirlərini bölüşən qonağın düşüncələri geniş auditoriya tərəfindən maraqla dinlənilmişdir. Gənclərin təşkilatçılığının və aktivliyinin yüksəlidilməsi istiqamətində ASAN xidmət mərkəzlərində həyata keçirilən könüllük faəliyyətinin gənclərin gələcək karyerasındakı müsbət təsiri üzrə könüllülərin fikirləri ilə razılaşan qonaq ASAN könüllülülərinin təşəbüssünü hər zaman yüksək dəyərləndiridiyini ifadə etmiş və bu nəcib fəaliyyətin ölkə başçısının gənclərə göstərdiyi diqqətin təzahürü kimi dəyərləndirmişdir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov iştirak etmişdir. Görüş qarşılıqlı fikir mübadiləsi və gəncləri maraqlandıran sualların verilməsi ilə davam etmişdir.