loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının dosenti Beynəlxalq Simpoziumda məruzə ilə çıxış etmişdir
Fev 12 , 2015 – 10:17

İstanbul Universitetində  “19-20-ci yüzillərdə Türk-erməni əlaqələri” adlı Beynəlxalq Simpozium keçirilmişdir. Müxtəlif ölkələrdən tədqiqatçıların qatıldığı Simpoziumda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova “Türk-erməni əlaqələrində Rusiya faktoru” mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfransın iştirakçıları arasında  görkəmli tarixçilərin olması və onların  müzakirə olunan  problemlərə öz  münasibətlərini  bildirməsi bu elmi toplantıya  xüsusi önəm, qəbul edilmiş  elmi tövsiyyələrə isə yüksək səviyyəli səmərəliliyi təmin etmişdi.