Dövlət İdarəçilik Akademiyasinda Dövlət bayraği gününə həsr edilmiş tədbir keçirildi
Noy 07 , 2014 – 01:28
7 noyabr 2014-ci ildə Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı gününə həsr edilmiş tədbir keçirilmişdir. Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsindəki uğurlu xidmətləri, dövlət atributlarımıza olan xüsusi diqqət və qayğısı, Azərbaycan prezidentinin sərəncamı ilə məhz noyabrın 9-u Azərbaycanda bundan sonra hər il Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının xüsusi əhəmiyyəti vardır. Bayraq hər bir dövlətin müstəqilliyini, millətin kimliyini və mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi bir qürur mənbəyi olduğunu qiymələndirən Dövlət İdarəçilik Akademiyasının kollektivi ilk dərs saatlarını dövlət himninin səslənməsi ilə başladı.
Tədbirdə rəsmi açılış nitqi ilə çıxış edən akademiyanın I prorektoru, professor Əlikram Abdullayev, “Tarix” kafedrasının müdiri dos. Firdovsiyyə Əhmədova və digərləri bu günün əhəmiyyətindən, gənclərin bu günün xüsusi bir dəyər daşıdığını bildirdilər. Daha sonra tələbələrin hazırladıqları ədəbi-bədii kompazisiya və bayraq haqqında xüsusi hazırlanmış video fiml nümayiş etdirildi.