loader image

Dia.edu.az

Oktyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Birləşmiş Millətlər Təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin rəhbəri cənab Maher Nasser ilə görüş keçirilmişdir.
Okt 29 , 2014 – 10:07

Görüşdə Akademiyanın professor-müəllim heyəti, bakalavriat, magistratura səviyyələrində təhsil alan  tələbələr və doktorantlar iştirak etmişlər.  Rektor, akademik Urxan Ələkbərov cənab Maher Nasseri salamlamış, DİA-nın  kadr hazırlığı sahəsindəki  fəaliyyəti, hədəfləri və əldə edilən uğurlardan söz açmışdır. O, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan səmərəli islahatlar və həyata keçirilən tədbirlər nəticəsində ölkənin əldə  etdiyi yüksək inkişaf tempi, beynəlxalq arenada əldə edilən nailiyyətlər, yüksək bilik və bacarığa malik  olan yeni nəslin formalaşmasının, dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə  çatdırmış, son dövrdə ölkə prezidentinin “Qara qızılın insan kapitalına çevrilməsi” istiqamətində həyata  keçirdiyi fəaliyyətin ölkənin inkişafına yönəldiyi vurğulanmış, son illərdə davamlı inkişaf göstərcilərində  Azərbaycan Respublikasının Avropa ölkələrinin çoxundan daha yüksək nəticələr əldə etdiyinə diqqət  çəkmişdir. Rektor, həmçinin  BMT ilə olan əməkdaşlığın əhəmiyyətini vurğulamış və BMT tərəfindən  aparılan iqtisadi, humanitar və sosial işlərin inkişafında ikitərəfli əlaqələrinin qurulmasında maraqlı  olduqlarını bildirmişdir. 

Birləşmiş millətlər təşkilatının (BMT) İctimai İnformasiya Departamentinin rəhbəri cənab Maher  Nasser öz növbəsində görüş iştirakçılarını salamlamış, BMT-nin dünyada informasiya və humanitar  sahədə həyata keçirdiyi tədbirlər hakqında məlumat vermişdir. Eləcədə cənab Maher Nasser bu günə  qədər dünyada BMT tərəfindən elm, təhsil, səhiyyə, informasiya və digər sahələrdə görülən işlərdən,  iqtisadi inkişafından ətraflı danışmışdır. O, dünyanın müxtəlif bölgələrində baş verən konfliktlərdən,  dinin fərqli interpretasiya edilməsindən, dünyadakı yeni çağrışlardan, humanitar fəlakətlərdən bəhs edərək  bütün bunlarla mübarizədə BMT-nin rolunu və qarşılaşılan problemləri auditoriyanın nəzərinə  çatdırmışdır. Ümüm dünya yoxsulluğunun aradan qaldırılmasında BMT-na bağlı Ümümdünya Ərzaq  Təşkilatının gördüyü işlərin önəminə diqqət çəkmiş, bu kimi təşkilatların işlərinin koordinasiyasına BMT  tərəfindən göstərilən dəstəkdən bəhs etmişdir. Cənab Nasser, həmçinin Azərbaycan Respublikasında  BMT-nın layiqli iş imkanlarının genişlənməsi və yaşayış standartları və məşğulluq sahəsində regional  fərqliliyin aradan qaldırılmasında başlıca rol oynayan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini  dəstəklədiklərini vurqulamışdır. BMT həmçinin ətraf mühitin dayanıqlılığı strategiyalarını təşviq etdiyini  və bunun kimi təşəbbüslərin ekoloji həssas əhalinin iqlim dəyişikliyi təsirəlrinə qarşı gücləndirəcəyini  bildirmişdir. 

Cənab Maher Nasser  görüşmənin sonunda BMT Azərbaycanla həm dövlət, həm də ictimai qurumlar  səviyyəsində geniş spektrlı əlaqələr qurmasında maraqlı tərəf olduğunu bildirmişdir. O, bu günki görüşü  tanışlıq və maraqlı fikir mübadiləsi şəraitində keçdiyini və bu görüşün əhəmiyyətli nəticəsi olacağına  əminliyini bildirmişdir. Sonda Cənab Nasser auditoriyanın suallarını cavablandırmışdır.