loader image

Dia.edu.az

Türkmənistanın səfiri ilə Dövlət İdarəçilik Akademiyasında görüş keçirilib

Türkmənistanın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Məkan İsanquliyev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olub.

Akademiyanın rəhbərliyinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektoru akademik U.Ələkbərovun səfirə Akademiyanın fəaliyyəti haqqında məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycan Respublikasının qazandığı nailiyyətlərə diqqət çəkib. Rektor Prezident İlham Əliyev tərəfindən işlənmiş və tətbiq edilmiş sinergetik, komplementar və kompensasion prinsip və yanaşmalar kompleksini ehtiva edən yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə cevrilməsinə yol açdığını xüsusi vurğulayıb.

Rektor həmçinin Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və 30 il Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin azad edilməsində təzahürünü tapdığını da xüsusi vurğulayıb. U.Ələkbərov bu Zəfərin cəmi 44 günə başa gəlməsi və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını ölkə Prezidentinin innovativ inkişaf strategiyasının təntənəli yekunu kimi dəyərləndirib.

Görüş zamanı cıxış edən səfir Azərbaycan və Türkmənistan arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin qarışılıqlı etimada söykəndiyini vurğulayıb.

Görüşdə eyni zamanda dövlət idarəçiliyi sahəsində təhsil verən anoloji akademiyaların qarşılıqlı fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.