loader image

Dia.edu.az

Dövlət qulluqçuları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyalari” adlı layihə yekunlaşıb

Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar dövlət idarəçiliyi sahəsində dövlət qulluqçularının bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası təsdiqlənmiş proqrama uyğun olaraq tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq memorandumu çərçivəsində aprelin 6-dan illik yeni tədbirlər proqramı təsdiqlənib və həyata keçirilir. Layihə 2021-ci ilin sonunadək davam edəcək.

İlk təlimdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda mühazirə ilə çıxış etmişdir.

Daha sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının“Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimiAnar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu” və “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirələri dinləmişlər. Təlimin ikinci günü Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri professor İsaxan Vəliyev “Vətəndaş məmnunluğunun hüquqi təminatı” adlı məruzə ilə çıxış etmişdir.