Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Gənclər siyasəti yeni çağırışlar şəraitində” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin birgə əməkdaşlığı ilə nazirliyin şəhər, rayon Gənclər və İdman İdarələrinin rəhbər vəzifəli əməkdaşları üçün “Gənclər siyasəti yeni çağırışlar şəraitində” adlı onlayn təlim keçirib. Təlimin məqsədi prezident cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» haqqında Sərəncamından irəli gələn vəzifələrin icrasini təmin etmək, bu işdə gənclərin daha fəal iştirakına nail olmaqdır. DİA-nın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının ixtisasının artırılması institutunun təşkilatçılığı ilə keçirilən təlimdə sahəyə aid müxtəlif mövzularda mühazirələrin dinlənib, eyni zamanda iştirakçıların hazırladıqları layihənin təqdimatı keçirilib. Təlimin sonuncu günü sertifikatın təqdimatında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev öz çıxışlarında ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının nailiyyətləri və Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi davamlı inkişafın uğurlu nəticələri, inklüziv cəmiyyətin formalaşması sahəsində görülən işlərin müsbət nəticələrini qeyd ediblər. Eyni zamanda ölkənin qarşısında qoyulan milli prioritetlər və onların həyata keçirilməsində gənclərin rolu, milli dəyərlər, post müharibə dövründə gənclərin vətənpərvərlik ruhunun tərbiyəsi, yeni rəqəmsal reallıqlar, gənclərin məşğulluq probleminin həll olunması sahəsində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan layihələr və s. məsələlər barədə fikirlərini bölüşüblər. Təlimi uğurla bitirənlərə sertifikat təqdim ediblər.