Dövlət İdarəçilik Akademiyasında “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlərin keçirilir.
Növbəti təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı çıxışını dinləyib.
Layihə 2021-ci ilin axırına qədər davam edəcək və təlim iştirakçılarına sertifikatlar təqdim olunacaqdır.