loader image

Dia.edu.az

08 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf perspektivləri: Məqsədlər, Vasitələr və İqtisadi İnkişafın İnklüzivliyi” mövzusunda Virtual Respublika Elmi Konfransı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov konfransın açılışını etmişdir. Çıxışında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun Qarabağda şanlı tarix yazması, torpaqlarımızın erməni işğalından azad edilməsi və bu qələbə ilə Azərbaycanın nəyə qadir olduğunu dünyaya göstərildiyi bildirdi. Bu gün baş verənlər onu göstərir ki, Azərbaycan ötən illər ərzində sivil vətəndaş cəmiyyəti, güclü iqtisadiyyat və müzəffər ordu qurub, müstəqil dövlətçiliyini daha da gücləndirib, beynəlxalq aləmdə siyasi və hühuqi müstəvidə Qarabağ məsələsində haqlı tərəf olduğunu təsdiqləyib. Azad edilən Qarabağ torpaqları Azərbaycan iqtisadiyyatı üçün yeni potensial iqtisadi imkanlar yaratmasını və iqtisadiyyatımızın nəzərə çarpacaq dərəcədə artaraq böyüyəcəyini, davamlı və inklyuziv inkişafın təminatına zəmanət verəcəyini vurğuladı.

         Konfransın işində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, UNEC,  Azərbaycan Respublikasının Milli Məclisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AMEA-nin İqtisadiyyat İnstitutu, İlyas Efəndiyev adına Elitar gimnaziya, Kapital Bank ASC, Pirallahı rayon Icra Hakimiyyəti, ASAN tabeliyində olan “Elektron Hökumətin İnkişafı Mərkəzi” və s. təşkilatlar, o cümlədən, DİA-nın professor müəllim heyəti iştirak etmişlər.

Konfrans  3 bölmədə işini aparmışdır:

1.İnküzivliyin vahidliyi və global çağirişlar

2.İqtisadiyyatin intellektual idarəedilməsində bilik və bacariqlar

3.İqtisadiinkişafin inküzivliyi: klassikadan yeni dövr iqtisadiyyata doğru

Konfransda  Azərbaycanda dövlət siyasətinin əsas strateji məqsədlərinə çatmada, o cümlədən, davamlı inkluziv inkişafı istiqamətində elm və texnologiyaları inkişaf etdirmək və elmi əsaslarla innovasiya sistemini formalaşdırmaqda ali təhsil müəssisələrinin  əhəmiyyətli rolu vurğulanmışdır.



KONFRANS PROQRAMI VƏ XÜLASƏLƏR