loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 

                     “Vətəndaş məmnunluğunun təmin     olunmasının müasir texnologiyaları”              

            layihəsi çərçivəsində növbəti təlim keçirilib

Rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası tərəfindən “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün növbəti təlim keçirilib.

Fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“Asan” Xidmət) ilə imzalamış əməkdaşlıq memorandumunu əhatə edir.

Təlimdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik U.Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda mühazirə ilə çıxış edib. Daha sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirəsini dinləyiblər.

Təlimdə ölkədə həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara xidmət və vətəndaş müraciətlərinə həssas münasibət olmasının elmi əsasları, dövlət və vətəndaş arasında münasibətin və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş məmnunluğu və bunun təmin olunması üçün nəzarətin gücləndirilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

Layihə 2021-ci ilin sonunadək davam edəcək və təlim iştirakçılarına  sertifikatlar təqdim olunacaqdır.