Dövlət İdarəçilik Akademiyası
“Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları”
layihəsi üzrə növbəti təlim keçirib
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün yeni tədris ilində təlim keçirib.
Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan” Xidmət) ilə Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilir.
Cari ildədə “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlərin davam etdirilməsi təsdiqlənib. İlk təlim 16 sentyabr 2021-ci il tarixində keçirilib.
Təlimdə “Azərbaycan Respublikasının milli prioritetləri: planlaşdırma və idarəetmə” adlı ilk mühazirəni Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təqdim edib.
Daha sonra Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirəsi dinlənildi.
Təlimlər ilin sonunadək davam edəcək və təlimi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.