loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında  “Tarixi qələbəmiz ədalətin təntənəsidir” mövzusunda onlayn təlim keçirilib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Tarixi qələbəmiz ədalətin təntənəsidir” mövzusunda onlayn təlim keçirilib.

Təlimin əsas məqsədi regionda baş verən siyasi proseslərin təhlili, müharibədən sonrakı dövrdə münasibətlər, regionun yeni siyasi vəziyyəti haqqında məlumat vermək və digər aktual məsələlər barədə fikir mübadiləsi aparmaqdan ibarət olub.

Əməkdaşlıq fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında imzalanmış əməkdaşlıq memorandumunu əhatə edir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin dövlət qulluqçularından ibarət əməkdaşları üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında «Tarixi qələbəmiz ədalətin təntənəsidir» mövzusunda onlayn formada növbəti təlim təşkil edilib. Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri dosent Firdovsiyyə Əhmədova məruzə ilə çıxış edib. Təlimin əsas məqsədi 44 günlük Vətən müharibəsinin tarixi, hüquqi, siyasi tərəflərini dinləyicilərlə müzakirə etmək olub. Qarabağ savaşının tarixinə toxunan mühazirəçi Dosent F.Əhmədova Cumhuriyyət dövründə, 1990-ci və 2020-ci illərdə Azərbaycan xalqının öz torpaqlarını qorumasından, mənfur düşmənlə mübarizəsindən söhbət açıb. F.Əhmədova qeyd edib ki, 30 il ərzində Azərbaycan dövləti problemi diplomatik yolla həll etməyə çalışdılar. Ancaq Ermənistan hakimiyyətinin son dövrlərdə səsləndirdiyi şüarlar müharibəyə əsas verirdi. Natiq 30 il ərzində iqtisadiyyatımızın, ordumuzun, güclənməsi, müasir silahlarla silahlanması, hərbi əməkdaşlıq və s. məsələlərə də toxundu.

Sonda F.Əhmədova 44 günlük müharibə zamanı zəfəri şərtləndirən əsas amillərdən-Ali Baş Komandan, ordu və xalqın mütəşəkkilliyindən, Qarabağ torpaqlarında hal-hazırda uğurla  aparılan quruculuq işlərindən söhbət açdı. İnteraktiv keçən təlimdə dinləyicilərin suallarını cavablandırdı.