Azərbaycan nümayəndə heyəti Beynəlxalq konfransda iştirak etmişdir
Avrasiya Tədqiqatları İnstitutunun təşəbbüsü ilə oktyabr ayında keçirilən “Tarixiliyin müddəti olmur: Nürnberq prosesinin bitməsinin 75 illiyinə” həsr olunmuş beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Azərbaycan nümayəndə heyətinin tərkibi “Baku Network” Ekspert Şurasının direktoru Gülnarə Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri, fövqəladə və səlahiyyətli səfir, professor Namiq Əliyev və “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun filial müdiri Rauf Həsənovdan ibarət olmuşdur.
Tədbir Rusiya Federasiyasının Kalininqrad şəhərində, İmmanuel Kant adına Baltik Federal Universitetində “Tarixiliyin müddəti olmur” layihəsi çərçivəsində baş tutmuşdur. Bu layihə, Böyük Vətən müharibəsi dövründə nasistlərin və onların əlaltılarının hərbi cinayətlərinin qurbanlarının, faşizm üzərində qələbə çalınmasında SSRİ xalqlarının verdiyi töhfələrin, ümumilikdə isə Böyük Vətən müharibəsinin reallıqlarına dair etibarlı faktların və tarixi yaddaşın qorunması məqsədini daşıyır.
Konfransın moderatoru, “Avrasiya Tədqiqatları Institutu” Inkişaf Fondunun prezidenti Valeri Tursunov öz çıxışında “Nürnberq dərsləri”ni və onların beynəlxalq hüquq sistemində əhəmiyyətini xatırlamağın və diqqətdə saxlamağın zəruriliyini vurğulamışdır.
İmmanuel Kant adına Baltik Federal Universitetinin rektoru Aleksandr Fyodorov 75 il bundan əvvəl baş verən hadisələri təhrif edərək oxumaq cəhdlərinin qarşısını almağın Rusiyanın elm və təhsil ictimaiyyəti üçün əsas vəzifə olduğuna əminliyini ifadə etmişdir.
Rusiya Federasiyası Prezidentinin Şimali Qərb federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Roman Balaşov da öz növbəsində bildirmişdir ki, Rusiya Federasiyası İstintaq Komitəsi tərəfindən Böyük Vətən müharibəsi illərində alman-faşist işğalçılarının Sovet Ittifaqı xalqlarına qarşı soyqırımı ilə bağlı cinayət işi açıldığına dair qərar qəbul edilmişdir.
O.E. Kutafin adına Universitetin (MDHA) rektoru Viktor Blajeyev qeyd etmişdir ki, Nürnberq tribunalı – tarixdə müharibəni başladan insanların cinayət məsuliyyətinə cəlb olunduğu ilk haldır və bu hərbi tribunalın hökmü yeni dünya nizamının əsasını qoymuşdur.
Moskva Dövlət Hüquq Akademiyasının Cinayət hüququ kafedrasının professoru Lyudmila İnoqamova-Xegay təcavüzə səbəb olan fiziki və hüquqi şəxslərə qarşı cinayət məsuliyyətinin açılmasının vacibliyi məsələsini qaldırmışdır.
O.E. Kutafin adına Universitetin (MDHA) Beynəlxalq hüquq kafedrasının professoru Vyaçeslav Batır öz növbəsində vurğulamışdır ki, “Nürnberq dərsləri – faşizmin reabilitasiyasının, tribunalın prinsiplərinin və dəyərlərinin saxtalaşdırılmasının, elan olunmuş və mühakimə edilmiş faktların mahiyyətinin pozulmasının qarşısını almaqdır”.
Konfrans iştirakçıları, həmçinin, Nürnberq prosesinin artıq keçmişdə qalması və faşist ideologiyasının yayılması vasitəsi kimi İkinci dünya müharibəsinin nasist cinayətkarlarının qəhrəmanlaşdırılması məsələsini də müzakirə etmişlər.
Professor Namiq Əliyev “Faşist ideologiyasının yayılmasının vasitəsi kimi II dünya müharibəsi nasistlərinin qəhrəmanlaşdırılması” mövzusunda məruzə ilə çıxış edərək, İkinci dünya müharibəsi hadisələri ilə müasir dövrdə baş verən proseslər arasında müqayisələr aparmışdır. Ermənistanda Njde kimi nasist əlaltıları xatirəsini əbədiləşdirilməsi – faşist ideologiyasını yaşatmaq, gənc nəslin bu ideologiyada tərbiyə etmək deməkdir. Erməni təcəvüzü, törədilmiş cinayətlər haqqında, 44-günlük Vətən müharibəsindən sonra Azərbaycan qarşısında dayanan vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verilmişdir.
Cıxışın mətni ilə bu ünvanda tanış ola bilərsiniz ttps://news.day.az/politics/1389416.html?fbclid=IwAR3fcSg-W0dmE8ufh9dvGBYY5Ofmc3liP2MXM4baEM2NY8ibVA5BV2Zdb4s