loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında «Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları» layihəsi çərçivəsində növbəti təlim keçirilib

 

Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə “ASAN” xidmət mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət) ilə imzalanan Əməkdaşlıq Memorandumuna əsasən birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanmasını əhatə edir. Mövcud Əməkdaşlıq Memorandumu çərçivəsində Dövlət İdarəçilik Akademiyası fəaliyyətinin davamı olaraq 2021-ci ildə “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlərin keçirilməsinə başlanmışdır. Yeni tədris ilində  növbəti təlim 2021-ci il oktyabr ayının 22-də və 29 tarixlərində keçirildi.

Təlimin “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” ilk mühazirəsi Dövlət İdarəçilik Akademiyasının rektoru akademik U.Ələkbərov təqdim etdi. Daha sonra təlim iştirakçıları Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirəsini dinlədilər.

 Layihə 2021-ci ilin sonunadək davam edəcək və təlim iştirakçılarına  sertifikatlar təqdim olunacaqdır.