loader image

Dia.edu.az

Dövlət Idarəçilik Akademiyasının əməkdaşı HORİZON 2020 layihəsi çərçivəsində keçirilən vebinarda çıxış edib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DİA) İntellektual sistemlərin idarə olunması kafedrasının müdiri, dosent Elvin Əzizbəyov Avropa Komissiyası tərəfindən maliyyələşən HORIZON 2020 beynəlxalq qrant proqramının iştirakçısı kimi SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Technology / Spektral Optimallaşdırma: Riyaziyyatdan fizika və yüksək texnologiyaya) adlı layihənin seminarında “Nonlinear inverse problem for the equation of propagation of longitudinal waves with non-self-adjoint boundary conditions” (“Uzununa dalğaların hərəkət tənliyi üçün öz-özünə qoşma olmayan sərhəd şərtli qeyri-xətti tərs məsələ”) adlı məruzə ilə çıxış etmişdir. Məruzədən sonra seminar diskussiya şəklində davam etmiş və məruzəçi Almaniyanın İlmenau Texniki Universitetinin professoru, layihənin direktoru Karsten Trunk, Lübek Universitetinin professoru Jürgen Prestin və Daşkənd Turin Politexnik Universitetinin professoru Davron Matrusulov tərəfindən verilən sualları cavablandırılmışdır.

 

Almaniyanın İlmenau Texniki Universitetinin koordinatorluğu ilə baş tutan layihədə Çex respublikası Elmlər Akademiyasının Nüvə Fizikası İnstitutu, Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Almaniyanın Lübeck Universiteti iştirakçılar, Qazaxstan Respublikası Riyaziyyat və Riyazi Modelləşdirmə İnstitutu, Bakı Dövlət Universiteti, Belarus Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Daşkənd Turin Politexnik Universiteti isə tərəfdaş elmi müəssisələr qismində iştirak edir.

 

Qrant layihənin məqsədi Almaniya, Azərbaycan, Belarus, Çex respublikası, Qazaxstan, Özbəkistan, Ukrayna ölkələrinin universitetləri və elmi tədqiqat mərkəzləri arasında əməkdaş mübadiləsi, müştərək elmi tədqiqatların aparılması və təlimlərin təşkil olunmasıdır. Layihənin icra müddəti 1 aprel 2020 – 31 mart 2024, büdcəsi 883200 avrodur.

Layihə haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linklə keçid edə bilərsiz:

https://ec.europa.eu/programmes/horizon2020/en/h2020-sections-projects