Xalqımızın tarixındə ən böyük zəfərimizdən bir il keçir. Qırx dörd günlük Vətən müharibəsində bayrağımızı və qürurumuzu zirvələrə ucaltmış əsgərlərimiz arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllim və məzunlarının adlarını gördükcə insan qürur hissi keçirir. Bu şərəfli tarixi yazan insanlar tutduğu mövqedən, peşəsindən asılı olmayaraq Müzəffər Ali Baş Komandan, cənab prezident İlham Əliyevin, Vətənin çağırışına səs verdilər. Müəllimlər, tələbələr, məzunlar “Vətən çağırır!”, “Vətən sağ olsun!”, “Qarabağ Azərbaycandır!” şüarı ilə qələmlərini, kitablarını silaha dəyişdilər. Doğma Vətəni işğaldan azad etdilər. İndi onlar öz doğmalarının yanına, çalışdıqları kollektivin arasına qəhrəman kimi, qalib əsgər kimi qayıdırlar. 44 günlük Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqları, ordu ilə xalqın sarsılmaz mənəvi birliyi, döyüşlərdə yeni tarix yazan əsgər və zabitlərimizin fədakarlıqları barədə etdikləri söhbətlər qürur hissi doğurur. Bu şəxslərdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin Politologiya ixtisasının məzunu olan Quliyev Təvəkkül Qorxmaz oğludur. Qəhrəman məzunumuz Təvəkkül Quliyev Xocavəndin və Fizulinin azad olunmasına görə medalları ilə təltif edilib. Qrup yoldaşlarının və müəllimlərinin onun haqqında dediyi xoş sözlər, insani keyfiyyətləri, vətənpərvərliyi barədə dediklərini dinlədikcə sadəcə qurur hissi keçirirsən. Çox saq ol Təvəkkül! deməyi özünə borc bilirsən. Bu şanlı zəfərin qazanılması və tarixi ədalətin təmin edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşlarının və məzunlarının da iştirak etməsi kollektiv tərəfindən böyük fəxr hissi ilə qarşılanır.
- 24 Noy
- 2021