loader image

Dia.edu.az

Dövlət    İdarəçilik     Akademiyasında     növbəti     təlim     keçirilib

Prezidenti İlham Əliyevin 2017-ci il 22 sentyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını və əlavə təhsili həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq dekabrın 1-də ali təhsil ocağında onlayn formada “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı növbəti təlim təşkil edilib.

Yerli icra hakimiyyətlərinin “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi”nin rəhbərləri və əməkdaşları üçün ilk mühazirəni Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təqdim edib. Akademik Urxan Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkəmizin müstəqillik əldə etdikdən bu günədək qazanılan siyasi, iqtisadi, hərbi uğurlarından, prioritetlərindən, inklüziv inkişafın idarəedilməsi sahəsindəki nailiyyətlər barədə geniş çıxış edib.

Rektor son 15 ildə ölkədə adambaşına düşən gəlirlərin artması, iqtisadi dirçəlişə nail olunması dövlət səviyyəsində elm, təhsil və səhiyyənin inkişafı üçün geniş şərait yaradıldığını diqqətə çatdırıb. O, aparılan elmi təhlillər əsasında ölkəmizin qazandığı uğurların əsasında Prezident İlham Əliyev tərəfindən hazırlanmış, nəzəri əsasları və tətbiq üsulları yeni olan innovativ idarəetmə texnologiyalarının dayandığını vurğulayıb.

Təlim fikir mübadiləsi ilə davam edib və uğurla başa çatıb.