Azərbaycan Respublikasının Prezidentinin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” nın Fəaliyyət Planında dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Fəaliyyət Planında göstərilən prioritet istiqamətlərindən biri kimi rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor müəllim heyəti tərəfindən “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün təlimlər keşirilib. Təlimlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə imzalanan Əməkdaşlıq Memorandumu əhatə edir. Bu memorandum tərəflər arasında birgə layihələrin, konfransların, ixtisasartırma kurslarının təşkili, dəyirmi masaların, seminarların və müzakirələrin keçirilməsi, müxtəlif elmi-tədqiqatların aparılması və analitik materialların hazırlanmasını ehtiva edir. Mövcud Əməkdaşlıq Memorandumu çərçivəsində 2021-ci il üzrə “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün “Vətəndaş məmnunluğunun təmin olunmasının müasir texnologiyaları” mövzusunda təlimlərin keçirilməsi həyata keçirilib. Təlimlərdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının Milli prioritetləri: planlaşdırma və idarəetmə” mövzusunda mühazirə ilə çıxış edib. “Dövlət qulluğu və kadr siyasəti” kadefrasının müəllimi Anar Həsənovun “Vətəndaş məmnuniyyətinin təmin edilməsində xidmət mədəniyyətinin rolu”, “Vətəndaş-məmur münasibətlərində ünsiyyət bacarıqları” adlı mühazirələri dinlənilib.
Təlimlər 2021-ci ilin aprel ayından dekabr ayınadək davam edib və təlim iştirakçılarına sertifikatlar təqdim olunub, 2021-ci il üçün nəzərdə tutulan təlimlər uğurla başa çatıb.