02.02.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2 fevral Azərbaycan gəncləri günü münasibətilə Akademiyanın ictimai həyatında aktiv fəaliyyət göstərmiş gənclərin onlayn formatda “Zoom” tətbiqi vasitəsilə mükafatlandırılması baş tutmuşdur.
Tədbiri giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov ölkədə aparılan uğurlu gənclər siyasətindən bəhs etmiş, gənclərin aktiv ictimai fəaliyyətlərinin önəmini vurğulamışdır.
Tədbirdə DİA-nın sosial məsələlər, təşkilatı işlər və təlim-tərbiyə üzrə müşaviri Zaur Məmmədov və DİA Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı çıxış edərək DİA tələbələrinin Akademiya xaricində qazandıqları uğurları ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdirlər.
Həmçinin DİA TGT sədri Murad Həsənxanlı tərəfindən DİA TGT və nəznində fəaliyyət göstərən klubların illik fəaliyyət hesabatı təqdim olunmuşdur.
- 02 Fev
- 2022