loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı mövzusunda onlayn təlim keçirilib

  Azərbaycan  Respublikasının  Prezidenti  cənab İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər“lə bağlı 02 fevral 2021-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN” Xidmət) ilə mövcud Əməkdaşlıq Memorandumu çərçivəsində fəaliyyət davam etdiririr. Bu fəaliyyətin təmin edilməsi ilə əlaqədar 2022-ci ildə “ASAN” Xidmət mərkəzlərinin əməkdaşları üçün daim yenilənən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı  mövzusunda birinci onlayn təlim keçirilib.

            «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları» adlı ilk təlim mühazirəsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov təqdim edib.

Rektor U.Ələkbərov Azərbaycanın Respublikasının son illərdə ölkənin inkişafı ilə bağlı məlumat verib. Natiq qeyd olunan uğurların kökündə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının durduğunu xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideridir.  Akademik U.Ələkbərov nisbətən məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin iqtisadi baxımdan daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqi olduğunu bildirib. Rektor vurğulayıb ki, inklüziv inkişaf sahəsində Azərbaycan Respublikasının yüksək göstəricilər əldə etməsi və sosial siyasətin reallaşdırılması baxımından dünya liderinə çevrilməsində ölkənin Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. U.Ələkbərov qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük payının olduğunu da xüsusi vurğulayıb. Bildirib ki, ölkənin hazırkı davamlı inkişafı innovativ dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl islahatların nəticəsidir.

Eyni zamanda rektor U.Ələkbərov işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərindən, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin gücünün daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdışın təmin edilməsinin əhəmiyyətini qeyd edib.

Onlayn təlim qarşılıqlı fikir mübadiləsi ilə bitib. Təlimlər başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim ediləcək.