29 mart 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin 99 illiyi ilə əlaqədar Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının üzv təşkilatlarının iştirakı ilə mini futbol turniri keçirilmişdir.Turnirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının komandası da iştirak etmişdir.
İlk qarşılaşma Dövlət İdarəçilik Akademiyası və Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə olmuşdur.
Oyun 5:2 hesabı ilə yekunlaşmışdır.
Turnir may ayının sonunadək davam edəcəkdir.