loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Zərərli vərdişlər və onların nəticələri” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsi ilə birlikdə tədbir keçirilib.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev  “Zərərli vərdişlər və onların nəticələri. Vətəndaşların vəzifələri” mövzusunda tələbə gənclər qarşısında interaktiv vasitələrlə çıxış edib.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının Ümumi işlər üzrə prorektoru dosent Cəfər Eyvazlı,  DİA-nın sosial məsələlər, təşkilati və təlim-tərbiyə işləri üzrə müşaviri Zaur Məmmədov iştirak ediblər. Çıxışlarda gənclərin bu sahəyə diqqətlə yanaşması, məlumatlı olmaları, zərərli vərdişlərin gətirib çıxardığı problemlərin nəticələrini əvvəlcədən bilmələri qeyd edilib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.