loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin tələbələri növbəti uğurlu proqramın qalib komandası olmuşdur

Cari tədris ilində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin tələbələri “SABAH.lab” Akselerasiya Mərkəzinin proqramına qəbul olunmuşdurlar. “SABAH.lab” Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə fəaliyyətə başlayıb. Proqram innovasiya və sahibkarlıq baxımından Avropada 1-ci yerdə olan “IE” Biznes Məktəbi və Təhsil Nazirliyinin əməkdaşlığı ilə təşkil olunur.


Akademiya tələbələri 1500-dən çox fərdi və 170-dən çox qrup şəklində olan müraciət arasından seçilərək proqramda iştirak edən 5 komanda arasında yer almışdılar. Akademiyanın İnzibati idarəetmə fakültəsinin tələbəsi Murad Quliyev komandanın rəhbəri seçilərək 5 nəfərdən ibarət komanda qurmuş son olaraq həmin komanda proqramın qalibi olaraq “SABAH.lab” Akselerasiya tərəfindən 25 min manat qrant qazanmışdılar. Eləcə də Komandanın ideyası 6-xarici investora təqdim olunmuş və bütün bunların nəticəsi olaraq komanda Medico şirkətini qurmuşdular. Ümumilikdə proqram 6 ay davam etmişdir. Təhsil proqramının tərkibində yerli və beynəlxalq universitetlərdən (Stanford, MIT, UC Berkeley, IE Business School) bir neçə professor və sənaye liderlərinin iştirakı ilə təlimlər keçirilmişdir.


“SABAH.lab”ın əsas məqsədi Azərbaycanda və regionda innovasiyaların əsasını qoymaq, iqtisadi inkişafa təkan vermək üçün ölkədə rəqabətli ekosistem yaratmaq və gənclər arasında innovasiya və sahibkarlıq ruhunu yüksəltməkdir. Tələbələrimizə uğurlarının davamını arzulayırıq!