loader image

Dia.edu.az

 Dövlət İdarəçilik Akademiyasının tələbələrinin növbəti uğurları

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət və İctimai münasibətlər ixtisasının bu ilki məzunu Duyğu Məmmədova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə Böyük Britaniyanın University of Strathclyde
təhsilini “Master of Science in Public Policy” olaraq davam etdirəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə builki məzunu İbrahim Hüseynli Böyük Britaniyanın nüfuzlu universitetlərindən “The University of Leeds”-dən magistr dərəcəsi üzrə “Public and Social Policy” ixtisasına qəbul olunmuş və təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində tam təqaüdlə davam etdirəcək.