Azərbaycan Respublikasının Baş Prokurorluğu Elm-Tədris Mərkəzində
hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr arasında hüquqi biliklərə
dair müsabiqə keçirilmişdir. Müsabiqənin məqsədi hüquqi biliklərin təbliği,
gənc hüquqşünasların təhsilinə, onlarda hüquqşünaslıq ixtisası üzrə ilkin
peşə vərdişlərinin formalaşdırılmasına töhfə verilməsi, prokurorluq
orqanları ilə hüquq ictimaiyyəti, ali təhsil müəssisələri arasında əməkdaşlıq
əlaqələrinin genişləndirilməsi olmuşdur.
Müsabiqədə ali təhsil müəssisələrində hüquqşünaslıq ixtisası üzrə təhsil
alan tələbələr iştirak etmişlər.
Bilik yarışında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının 4-cü kurs hüquqşünaslıq ixtisası üzrə təhsil alan
H191 qrupunun tələbələri Rufulla Vüqar, Calalova Jalə, Əlizadə Qabil,
Abdullayeva Zəmilə, Əhmədli Nərmin təmsil edərək birinci yerə layiq
görülmüşdülər.
Qalib gələn tələbələri Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov qəbul
edib. Rektor, əldə etdikləri uğurlar üçün tələbə gəncləri təbrik etmiş, onlara
gələcək təhsillərində, həyatlarında uğurlar arzulamışdır.