loader image

Dia.edu.az

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri “Əlaçı” proqramı çərçivəsində PAŞA Holding tərəfindən təqaüd şansı əldə edib

Gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holdinq tərəfindən bu il ilk dəfə olaraq “Əlaçı” təqaüd proqramı təşkil olunmuşdur. “Əlaçı” proqramı akademik göstəriciləri yüksək olmaqla yanaşı, təcrübə proqramlarında, sosial layihələrdə və könüllü fəaliyyətlərdə aktiv iştirak edən 3 və 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Proqram çərçivəsində seçilmiş tələbələr üçün 1 akademik il ərzində aylıq təqaüddən əlavə, onların peşəkar və fərdi inkişafına yönəlmiş tədbirlər təşkil olacaq, eləcə də karyera məsləhətləri, mentortorluq və digər xidmətlər göstəriləcək. Təqaüd proqramına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan 2400 tələbə müraciət etmiş, 3 mərhələdən ibarət olduqca rəqabətli seçim prosesinin nəticəsində 115 tələbə təqaüd proqramının qalibi elan edilmişdir. Proqramının qaliblərinin 6 nəfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələridir. Dövlət İdarəçilik Akademiyasının 4-cü kurs hüquqşünaslıq ixtisası üzrə təhsil alan H-191 qrupunun tələbəsi Səbinə Zülfiyeva, H-192 qrupunun tələbəsi Gülçin Mustafayeva, 3-cü kurs hüquqşünaslıq ixtisası üzrə təhsil alan H-202 qrupunun tələbəsi İsmayıl Süleymanov, 4-cü kurs beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan BM-191 qrupunun tələbəsi Sevil Abdullazadə, 3-cü kurs iqtisadiyyat ixtisası üzrə təhsil alan İ-201 qrupunun tələbəsi Şəbnəm İbrahimova və 4-cü kurs komputer elmləri ixtisası üzrə təhsil alan K-191 qrupunun tələbəsi Ləman Xəlilova qaliblər sırasındadır. Paşa Holdinqin rəhbər şəxslərinin və qaliblərin iştirakı ilə layihənin açılış tədbiri təşkil olunaraq qalibləri təbrik etmişlər.