Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitetə qəbul olub. Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq ixtisası üzrə 2018-ci il məzunu Əli Ələkbərli dünyanın ən yaxşı 10 universitetindən 7-sinə qəbul olaraq hüquq üzrə magistr təhsili almaq şansı əldə edib və universitetlərin əksəriyyətindən akademik və professional göstəricilərinə görə təqaüd qazanıb. Əli Ələkbərlinin seçimi dünyada hüquq və texnologiyanın qarşılıqlı öyrənilməsi üzrə ən yaxşı universitet olan Stanford Universiteti (LLM in Law, Science and Technology) olub. Qeyd edək ki, Prezident təqaüdçüsü olmuş Əli 2018-ci ildə DİM tərəfindən keçirilən magistraturaya qəbul imtahanında, 2021-ci ilin fevralında isə doktoranturaya qəbul imtahanında ölkə birincisi olub.
- 11 Okt
- 2022