Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar elmi praktik konfrans keçirilib. Tədbirdə bu ali məktəbin rektoru akademik Urxan Ələkbərov ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib. U.Ələkbərov vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu. Akademik Urxan Ələkbərov 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığını, mübarizliyini xüsusi qeyd edib. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət, güclü xalq və güclü ordu strategiyası olub. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Huquq kafedrasinin mudiri professor İsaxan Vəliyev, Qarabaq arasdirmalar mərkəzinin rəhbəri, professoru Elcin Əhmədov, Tarix kafedrasinin mudiri dosent Firdovsiyyə Əhmədova və digərləri çıxış edərək dövlət müstəqilliyimizin bərpası uğrunda gedən mübarizələrdən, əldə olunan uğurlardan bəhs ediblər. Çıxış edənlər Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində böyük hadisə kimi qiymətləndirib, ölkənin əldə etdiyi nailiyyətlər barədə fikirlərini bölüşüblər. Bildirilib ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Azərbaycan xalqı bu il bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
- 18 Okt
- 2022