loader image

Dia.edu.az

Azərbaycan dünyada inklüziv inkişaf sahəsində resurslardan ən səmərəli istifadə edən ölkədir

Xəbərin mətni:
Azərbaycanın inkişafında azad olunmuş ərazilərin bərpası və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bir sıra sahələrdə dünya lideridir. Ölkəmiz öz inkişaf səviyyəsinə və texnologiyalarına görə bir çox ölkəni qabaqlayır. Ağdam şəhərində və bu ərazidə inkişafın innovativ yolla aparılması təqdirəlayiq haldır.Bu sözləri oktyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə Xüsusi Nümayəndəliyinin və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə Ağdamda keçirilən səyyar təlimdə iştirak edən DİA-nın rektoru akademik Urxan Ələkbərov jurnalistlərə müsahibəsində deyib.