loader image

Dia.edu.az

DİA-nın tələbələrinə sertifikatlar təqdim edilib
Dövlət İdarəcilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin tələbələri Azərbaycan Layihə İdarəetmə Assosiasiyası tərəfindən təşkil olunan “Layihə menecmenti” üzrə kursu uğurla başa vuraraq sertifikatla mükafatlandırılıblar. Tədbirdə iştirak edən Azərbaycan Layihə İdarəetmə Assosiyasının vitse-prezidenti Fərid Kazımov kurs müddətində DİA tələbələrinin xüsusi aktivlik göstərdiklərini və 10 nəfərin beynəlxalq imtahanda iştirak edərək Beynəlxalq sertifikat qazandıqlarını, 20 nəfər tələbənin isə yerli sertifikatla mükafatlandırıldığını qeyd etmişdir.