loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq Humanitar Hüquq: Hərbi Əsirlər və İtkin Düşmüş Şəxslər” mövzusunda tedbir keçirilib

20 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq Humanitar Hüquq: Hərbi Əsirlər və İtkin Düşmüş Şəxslər” mövzusunda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Şərqi Avropa və Mərkəzi Asiyadakı missiya və nümayəndəliyinin üzvü Andrey Kozikin seminarı baş tutmuşdur. Əsir və itkin düşmüşlər, hərbi əsirlər, minalanmış ərazilər mövzusunda baş tutan seminarda spiker bu istiqamətdə BQXK- nin gördüyü işlər haqqında məlumat vermiş, bu sahədə təşkilatın hüquq və funksiyalarına aydınlıq gətirmişdir.
Öz növbəsində, akademiyanın tələbələri bu mövzuların azərbaycanlılar üçün həssas olduğunu, bu istiqamətdə beynəlxalq hüququn işlək olmasının vacibliyi ilə bağlı fikirlərini bildirmişlər.