25 oktyabr tarixində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilən “İstedadlı Tələbələrin Təhsil Haqqının ödənilməsi” müsabiqəsi ilə əlaqədar olaraq Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş baş tutmuşdur. Görüşün giriş hissəsində təhsil müəssisəsinin müşaviri Zaur Məmmədov Gənclər Fondu və Dövlət İdarəçilik Akademiyası arasında ötən il imzalanmış memoranduma diqqət çəkərək Azərbaycanda gənclərə dövlət qayğısından bəhs etmiş, bu kimi layihələrin sosial istiqamətdə mühüm xarakter daşıdığını qeyd etmişdir. Daha sonra Gənclər Fondunun nümayəndəsi Rahim Rəhimov geniş şəkildə çıxış edərək Təhsil haqqının ödənilməsi müqabiqəsi ilə bağlı prezentasiya nümayiş etdirmişdir. Rahim Rəhimov çıxışı zamanı gənclərə bu vacib müsabiqənin məqsədləri, şərtləri və istiqamətləri haqqında məlumat vermişdir. Tələbələrin aktiv sualları ilə davam edən görüşdə gənclərin Gənclər Fondunun bu və digər layihələri ilə bağlı onları sualları cavablandırılmışdır. Musabiqədə iştirak etmək istəyən gənc tələbələr 1 noyabr 2022-ci il, saat 18:00- dək müraciət edə bilərlər.
- 26 Okt
- 2022