loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib
DSC_7074
DSC_7066
DSC_7065
DSC_7059
DSC_7055
DSC_7074
DSC_7066
DSC_7065
DSC_7059
DSC_7055

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “İkinci Qarabağ müharibəsi: hərbi–diplomatik uğurlar” adlı elmi konfrans keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb. Elmi-praktik konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları və Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi uğurları” adlı məruzə ilə çıxış edib. Rektor, ötən 30 il ərzində Azərbaycanda əldə edilən nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi, siyasi, hərbi gücümüzün artdığını bildirib. Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib. U.Ələkbərov diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmiz parçalanma təhlükəsindən xilas oldu. Akademik 44 günlük Vətən müharibəsindən, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən söz açıb. O, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığını qeyd edib. Rektor bildirib ki, Qələbəmizin başlıca amili Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun müddət ərzində həyata keçirdiyi güclü dövlət idarəetməsi strategiyası olub. Konfransda Milli Məclisin deputatı, DİA-nın “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının dosent Aydın Mirzəzadə “Tarixi Qələbənin siyasi – ideoloji əsasları”, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru professor Vüsal Qasımlı “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında post–model quruculuq modeli”, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər kafedrasının professoru “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri professor Elçin Əhmədov “44 günlük müharibə zamanı tarixi atributlarımızın bərpa olunmasının milli–mənəvi və siyasi–tarixi tərəfləri” və başqaları Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də son iki ildə Qarabağın, o cümlədən Şuşa şəhərinin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərdən bəhs edilib. Qeyd olunub ki, Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə qədim Şuşa şəhərinin rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazıldı, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. DİA-da Şuşa dövlət rəsm qalereyasının “Şüşanın mədəni irsi” adlı rəsm əsərlərinin sərgisi nümayiş etdirilib.