loader image

Dia.edu.az

DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDA BEYNƏLXALQ BİOSFER QORUQLARI GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Beynəlxalq biosfer qoruqlari günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edib. Akademik U.Ələkbərov təqdimatda Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası sayəsində Azərbaycanın qazandığı nailiyyətlərə diqqət çəkib. O, Prezident İlham Əliyev tərəfindən işlənərək tətbiq edilmiş yeni dövlət idarəçiliyi texnologiyalarının Azərbaycanın davamlı inklüziv inkişaf naminə resurslardan səmərəli istifadə sahəsində regional və qlobal liderə çevrilməsinə gətirib çıxardığını xüsusi vurğulayıb. Eyni zamanda, Azərbaycanda tətbiq edilən innovativ idarəçilik texnologiyaları kompleksinin yüksək səmərəliliyinin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin uğurla yerinə yetirilməsində və Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan ərazilərin azad edilməsində təsdiqini tapdığını bildirib. Rektor Azərbaycan Respublikasının bütün dünya üçün prioritet kimi qəbul edilən davamlı inklüziv inkişaf siyasətini səmərəli şəkildə reallaşdıran dünya lideri olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhdud maliyyə imkanları şəraitində Azərbaycanın inklüziv inkişafı indeksinin daha inkişaf etmiş ölkələrdəkindən yüksək olması ölkənin iqtisadi potensialının hərtərəfli inkişafı və əhalinin rifah halının yüksəldilməsi üçün daha səmərəli istifadəsinin beynəlxalq təsdiqidir. Daha sonra akademik U.Ələkbərov “Beynəlxalq biosfer qoruqlari günü”nə həsr edilmiş tədbirin əhəmiyyətini qeyd etmiş, təbii mühitlə münasibətlərin keyfiyyətini yaxşılaşdırmaq üçün ilk növbədə biosferin vəziyyətinə nə dərəcədə təsir etdiyimizi və biosferin özümüzə olan təsirini daha dərindən dərk etməli olduğumuzu bildirmişdir. Ümumdünya Biosfer Qoruqları Şəbəkəsinin – dünyanın 134 ölkəsində yerləşən 738 təbiət ərazisini əhatə edir. Daha sonra Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov “Beynəlxalq Biosfer Qoruqları Gününün yaranmasının əhəmiyyəti”, DİA-nın “Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasının baş müəllim Vüqar Babayev “Biosfer Qoruqlarının Ümümdünya Şəbəkəsi” adlı məruzə ilə çıxış etmişlər. Onlayn formatda keçən görüşdə beynəlxalq biosfer qoruqlari günü münasibətilə YUNESKO-NUN baş direktoru xanim Odri Azulenin müraciəti səslənmişdir.