loader image

Dia.edu.az

Dövlət İdarəçilik Akademiyasının müəllimi “Universitet müəllimləri üçün beynəlxalq peşəkar müsabiqə”sində qalib olmuşdur

10 noyabr 2022 il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Universitet müəllimlərinin “University teacher-2022” adlı VIII Beynəlxalq Peşə Müsabiqəsi keçirilmişdir. Xatırladaq ki, sözügedən müsabiqəyə Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müəllimi, h.f.d Reyhan Cəfərova “Multikulturalizm – Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir” adlı məqaləsi ilə qatılmışdır. Hər il müxtəlif elm sahələri üzrə keçirilən müsabiqəyə dünyanın bir sıra ölkələrindən yüzlərlə elmi işlər göndərilir. Müsabiqənın məqsədi müəllimlərin fəaliyyətinin və yaradıcılıq qabiliyyətlərinin inkişafına, pedaqoji səriştələrinə, özünü ifadə etmək üçün imkanları təmin etməyə, təhsilin optimal səviyyəsinə çatmaq üçün şərait yaratmaqdır. Bu il müsabiqədə iştirak edən elmi müəssisələrin sayı 418 çatmışdır. İştirakçılar arasında ali və orta ixtisas təhsil müəssisələrinin (universitetlər, institutlar, akademiyalar, kolleclər) müəllimləri və elmi işçilərdır. İştirakçılar bir neçə istiqamətlərdə və nominasiyalarda layihələrini təqdim etmişdilər. Müsabiqənin nəticələri karyera yüksəlişi, müxtəlif istiqamətlər, nominasiyalar və müsabiqə işlərinin təqdimat formaları, habelə iştirakçı – təhsil müəssisələrinin reytinqləri əsasında formalaşdırılmışdır. Hüquq üzrə fəlsəfə doktoru Cəfərova Reyhan Fərhat qızının təqdim etdiyi elmi əsər elmi-pedaqoji səviyyəyə görə 125-dən çox balla qiymətləndirilərək müəllimlər nominasiyasında I yerə layıq görülmüşdür. Həmçinin, müsabiqənin nəticəsi olaraq bir müsbət məqamıda qeyd etmək lazımdır ki, müsabiqədə iştirak edən 418 tədris müəssəsindən yalnız 10 tədris müəssisə top–onluqa daxil olmuşdur və onların sırasında Dövlət İdarəçilik Akademiyasıda vardır. Müsabiqədə qalıb olan və top-onluqa daxil olan əsərlər Dövlət Elektron Depozitarıyasında, Google Books, ЛитРес, on-line Elm və Təhsil Depozitarıyasında, e-library, B.N.Yeltsin adına Prezident Kitabxanasında yerləşdirilmişdir.